turklehceleri.org

ziyadə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ziyadə

zərf [ər.]
1. Çox, artıq, çoxlu. Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı). [Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə. İmtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur. “Əkinçi”. // Zərf mənasında. Son dərəcə, olduqca. Bu həqiqət Minanı ziyadə şad elədi. İ.Musabəyov. // Qoşma mənasında. Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni. S.Ə.Şirvani. Hamı dərddən ziyadə; Bu dərd mana kar elədi... Aşıq Ələsgər. // Sif. mənasında. Ziyadə söz lazım deyil. – Ziyadə qəmzədəyəm hicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdən ziyadə xürrəm idim. Füzuli. • Ziyadə etmək – artırmaq, çoxalmaq, daha da artırmaq, bollaşdırmaq. Fərhadə, Məcnunə məni tay etdin; Elədin dərdimi ziyadə, fələk! Aşıq Zabit. Ziyadə olmaq – artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı, könlüm bir ada; Dərdim oldu günü-gündən ziyada. “Əsli və Kərəm”. [Koroğlu Qırata dedi:] Günbəgündən dərdim oldu ziyadə; Alma gözlüm, qız birçəklim, Qırat, gəl! “Koroğlu”. Ziyadəsi ilə – artıqlaması ilə, artıq olaraq, olduqca çox. Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsi ilə hörmət elər... R.Əfəndiyev.
2. Ziyadədir şəklində – artıqdır, çoxdur. Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir. H.Zərdabi. Hacı Əsgərin təvanası nəinki yetmiş iki min, bəlkə iki yüz yetmiş iki mindən ziyadədir. S.M.Qənizadə

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ziyadə

çox, artıq
{çok, artık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ziyadə

ziyade


Son arananlar: