turklehceleri.org

ziya

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ziya

is. [ər.] İşıq, aydınlıq, nur. Mən onun dərdinə oldum mübtəla; Şəmi-xəyalıma o verir ziya. M.P.Vaqif. Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. Qaramtıl bir bulud parçası qüruba əyilən günün qabağını tutduğu üçün çölün biz olan hissəsinə kölgə düşmüş, qalan yerlər isə qızılı ziya içindəydi. İ.Əfəndiyev. • Ziya saçmaq – nurlandırmaq, işıqlandırmaq. [Gülər:] Gülsün günəş, ziyasını saçsın səmalərə! C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ziya

işıq, aydınlıq, nur
{ışık, aydınlık, nur}


Son arananlar: