turklehceleri.org

yolmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yolmaq

f.
1. Dartıb qoparmaq, çəkib qoparmaq. Otu yolmaq. Toyuğu yolmaq. – Vur ağzına, düşsün yerə dəndan, nəyə lazım? Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım? M.S.Ordubadi. Saxlamış sarayda o qızı bir qış; Qız yolub saçını, təslim olmamış. S.Vurğun.
2. məc. Soymaq, var-yoxunu əlindən almaq, qarət etmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yolmaq

I. qoparmaq, didmək
{koparmak, sökmek}

II. soymaq, talamaq
{soymak, yağmalamak}


Son arananlar: