turklehceleri.org

yo'l

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

yol

и. 1) юл; yol inşa etmek юл төзү; yol tamiratı юлны ремонтлау; doğru yol туры юл; dört yol юл чаты; hava yolu һава юлы; su yolu су юлы; 2) юл, чара; bu işi yapmanın bir yolu vardır бу эшне башкаруның бер юлы бар; 3) буй (тукымада); 4) мәртәбә, юл; bu yolda бу юлы ◊ yol kesme юл кисү, юлда талау; yol vermek юл бирү; allah yolunu açık etsin! хәерле юл!

Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)

yol

1. Çare
2. Defa, Kere, Kez

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

yol

Türkiye Türkçesi: yol
Azerbaycan Türkçesi: yol
Başkurt Türkçesi: yul
Kazak Türkçesi: jol
Kırgız Türkçesi: col
Özbek Türkçesi: yol
Tatar Türkçesi: yul
Türkmen Türkçesi: çıkış
Uygur Türkçesi: örä kötürülüş
Rusça: pod'yom

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

yol

Türkiye Türkçesi: yol
Azerbaycan Türkçesi: yol üsul metod
Başkurt Türkçesi: alım ısul metod
Kazak Türkçesi: jol ädis täsil
Kırgız Türkçesi: ıkma
Özbek Türkçesi: uslub usul yol
Tatar Türkçesi: alım ısul metod
Türkmen Türkçesi: yōl
Uygur Türkçesi: yol
Rusça: doroga

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yol

is.
1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu. – [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə. Bağlar arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn. • Yol çəkmək – şose, yaxud dəmir yolu inşa etmək. Yol salmaq – 1) bir yerdən çox gedibgələrək oranı işlək hala gətirmək; 2) bax. yol çəkmək. // Təyyarələrin, gəmilərin hərəkət etdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu. // Keçiləcək yer, keçid, keçmək üçün yer. Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıb yol açmaq. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
2. Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur. Tramvay yolu.
3. Səfər, səyahət. Yorucu yol. Yolumuz çox şən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldan gəlmək. – Yolçu yolda gərək. (Ata sözü). • Yol üstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq. Bala, səhər ertənin soyuğuna özünü vermə! Yol üstdəsən, xəstələnərsən. Ə.Vəliyev. Yola çıxmaq – uzaq bir yerə səfərə getmək. Rizvan, belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən, qonşusunun da öküzlərini aldı. S.Hüseyn. Yoldan gəlmək – səfərdən və ya uzaq bir yerdən gəlmək.
4. İstiqamət, yön. • Yolu azmaq (itirmək) – azmaq, yolu tanımamaq. Qayıdarkən yolumu azdım. S.Hüseyn. // məc. Fəaliyyət istiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığında yeni bir yol seçdi. Hərə öz yolunu tapacaqdır. // məc. İmkan. Hər bir adam qarşısında geniş yollar açılmışdır.
5. anat. Canlı orqanizmdə: müxtəlif maddələrin keçdiyi boru. Sidik yolu.
6. məc. Bir yerə girmək, daxil olmaq imkanı. Yuxarılara yol axtarmaq. – Mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. M.S.Ordubadi.
7. Bir şeyi əldə etmək üçün üsul, vasitə, vəsait. İşin yolunu öyrənməli. Məsələni iki yolla həll etmək olar. Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir. Müharibə dövlətlər arasında mübahisəni həll etmək üçün yol ola bilməz. // Çarə, əlac, tədbir. [Muradın] qarşısında iki yol vardı; Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq.. S.Hüseyn. • Yol aramaq – tədbir düşünmək.
8. məc. Dünyagörüşü, əqidə. O, başqa yolun adamıdır.
9. məc. Dəfə, kərə. Ondan üç yol soruşdum. Bu gün iki yol çimmişəm. – Əlli yol çapılam, yüz yol talanam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər. Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil.. İstəyirsənmi peysərinə bir beş-on yol da şapalayım, elə düz gedəsən. N.Vəzirov. [Koxa:] Məmmədağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. N.Nərimanov.
10. ...yolunda, ...yolda şəklində – uğrunda, üçün, naminə. Dost yolunda. Yüksək ideallar yolunda. Azadlıq və səadət yolunda. Vətən yolunda canından keçmək. – Dost yolunda bu dünyada; Başından keçdiyin varmı? “Koroğlu”. Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur. C.Məmmədquluzadə. Yarın bahar mövsimidir, aşıq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət. [Zeyd:] Bil ki, bu yolda keçərəm; Canımdan, həm varımdan. Ü.Hacıbəyov. ‣ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən! rədd ol! get! Yol açmaq məc. – hər hansı bir yenilik sahəsində birinci olmaq; // təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək. Özünə tapdın əlac, tapdın əlac; Vəliyə sən bir yol aç, sən bir yol aç! Ü.Hacıbəyov. Yol ağzında – yolun yanında, yol kənarında, yola yapışıq yerdə. Yol ağzında durub gözləmək. – Bostan yol ağzında idi. Ə.Əbülhəsən. Yol almaq – hər hansı bir istiqamətdə hərəkət etmək, getməyə başlamaq. [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. Yol bilmək – 1) yola bələd olmaq. Qəhrəman şəhər tanımır, yol bilmir. S.Rəhimov; 2) tədbirli olmaq, tədbir tapmaq. Yol döymək – bir yerə çox gedib-gəlmək. Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq; // həddindən artıq gedib-gəlmək. Dünyanın üstündən yol eylərəm mən; Bu hikmətdə mən Musayam, sən nəsən? Aşıq Valeh. Yol göstərmək – rəhbərlik etmək, yönəltmək, istiqamətləndirmək. Yol götürüb (alıb, tutub) getmək – həddindən artıq bol olmaq. Yol gözləmək – bir adamın gəlməsini gözləmək, müntəzir olmaq. Bir təpə başında oturub səbirsizliklə atamın yolunu gözləyirdim. A.Şaiq. Yol kəsmək – 1) çapovulçuluqla, qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək. Bəs hansı dilənçilər, görəsən, quldur oldular, yollar kəsdilər? M.F.Axundzadə; 2) mane olmaq, yol verməmək. Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? M.S.Ordubadi. Yol ölçmək – boş yerə, səmərəsiz gedib-gəlmək. Yol ötmək – keçmək, keçib getmək. Yol tutmaq – bir tərəfə istiqamət götürmək, getməyə başlamaq. Yol uzunu – bütün yolu, yol boyunca. Atları sürən bir yekəpapaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. C.Məmmədquluzadə. Yol uzunu söhbətimiz Hacı kişidən idi. Qantəmir. Yol üstdə – bax. yol ağzında. Bağ salmışam yol üstdə; Meyvəsi var bol, üstdə; Gedirəm yar görməyə; Yağı durub yol üstdə. (Bayatı). Yol vermək – 1) başqasının keçməsi üçün kənara çəkilmək; 2) icazə vermək, imkan vermək, mane olmamaq. Belə şeylərə yol vermək olmaz. Yol verməmək – icazə verməmək, imkan verməmək, mane olmaq. Qanun buna yol vermir. – Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz. M.İbrahimov. Yol vərəqəsi – ezamiyyətə, sanatoriyaya və s.-yə gedənlərə verilən vəsiqə; putyovka. Cərrahiyyə professorunun xahişinə görə, Rüxsarəyə Cənubi Krım sahilinə getmək, orada dincəlmək üçün yol vərəqəsi hazırlandı. S.Rəhimov. Yol yoldaşı – bərabər yol gedən (səfərə çıxan) adamlardan hər biri. Yol yorğunu olmaq – bir yerə çox gedib-gəldikdə, lakin bir şey əldə edə bilmədikdə deyilən ifadə. Yola aparmaq – 1) yaxşı rəftar etmək, yola vermək; 2) idarə etmək. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və [xassələrindən] müttəle olsun, öz işin yola aparsın. M.F.Axundzadə. Yola aparmamaq – yaxşı rəftar etməmək, yola verməmək, daim dalaşmaq, höcətləşmək, sözləşmək. Günlərin bir günü qızların anası öldü, ataları getdi, təzə arvad aldı. Bu arvad qızları yola aparmadı. (Nağıl). Yola düşmək – getmək, hərəkət etmək. Sabah yola düşəcəyik. Səyyahlar yola düşdülər. Yola düşməyə hazırlaşmaq. – O adam Şiraza yola düşübdür. Ü.Hacıbəyov. Yola düzəlmək – yola düşmək (ayaqla). Qasid vidalaşıb yola düzələrkən şair, qıza: – Sən artıq kəniz deyilsən, – dedi. Ə.Məmmədxanlı. Yola gedər – keçər, gedər, ötüşər, razılaşmaq olar. Nağılbazlığı yola gedər, ancaq ağzıbütöv qoca olsun. S.Rəhimov. Yola getmək – yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq. [Molla Xəlilin] dediyi kimi, ikisi bir yerdə yola gedə bilməyəcəkdilər.. S.Hüseyn. Yola getməmək – bir yerdə ünsiyyət tapa bilməmək, xasiyyətləri tutmamaq, aralarında yaxşı münasibət olmamaq, daim sözləşmək, mübahisə etmək, dalaşmaq. Onlar heç yola getmirlər. – İslam keçən payızda ikinci bir arvad aldığından, iki günü bir evdə yola getmirdilər. S.Hüseyn. Yola gəlmək – uzun-uzadı fikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdən sonra razı olmaq, razılıq vermək. [Yığılanlar] da nə qədər nəsihət elədilərsə, Anaxanım yola gəlmədi. “Aşıq Ələsgər”. Yola gətirmək – dilə tutaraq razı etmək, razılığına nail olmaq. Mənim başım plov bişirməyə qarışacaqdır, sən çalış, onu yola gətir. S.S.Axundov. [Mirzağa:] Mən [Cəmiləni] tez yola gətirərəm. S.Hüseyn. Yola rəvan olmaq – bax. yola düşmək. Axşama bir saat qalmış yolçular çıxdılar və gecə orada qalıb səhər yola rəvan oldular. S.S.Axundov. Yola salmaq – 1) gedəni qapıya qədər və ya səfərə çıxanı miniyə qədər ötürmək, müşayiət etmək. Eşitmişik xanımı yola salmısan; Xanım getcək kim, sən tənha qalmısan. Ü.Hacıbəyov. O gəmi ilə mən də öz yaralı qardaşımı yola saldım. M.Hüseyn; 2) təmin etmək, razı salmaq. Bir badya qatıq doğraması ilə on-on beş fəhləni yola salmaq olurdu. Mir Cəlal. Yola vermək – 1) rəftar etmək, dolandırmaq, idarə etmək. [Mehribanı] Zeynal istədiyi tərzdə idarə edib yola verməli idi. S.Hüseyn. [Atam:] “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çəmənzəminli; 2) ötürmək, üstündən keçmək. Onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn; 3) həyata keçirmək, məqsədinə çatmaq. [Kərəmovu] mütrüb kimi oynadıb ələ salan, öz işlərini yola vermək üçün bir alətə çevirən yaltaqları, ikiüzlüləri çox sərrast təyin etmişdir. İ.Əfəndiyev. Yola verməmək – rəftar etməmək, yola getməmək, ünsiyyət tapa bilməmək. [Anası:] Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? Çəmənzəminli. Yoldan azmaq – bax. yoldan çıxmaq 2-ci mənada. Yoldan çıxar(t)maq – azdırmaq, sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarla aldadaraq başqa bir işə (adətən pis işə) sövq etmək. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. M.F.Axundzadə. Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “Şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir, onu yoldan çıxartsın. C.Məmmədquluzadə. [Həsənqulu bəy:] Rüstəm bəy, vallah, bağışla, bizi Məşədi İbad yoldan çıxartdı. Ü.Hacıbəyov. Yoldan çıxmaq, yolundan çıxmaq – 1) qəzaya uğramaq. Qatar yoldan çıxdı; 2) məc. azmaq, sapmaq, pis yola düşmək. Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman, bu boyda, bu boyda. M.Ə.Sabir. Yoldan eləmək (etmək) – 1) bax. yoldan saxlamaq. Bülbülü güldən eylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən; 2) bax. yoldan çıxar(t)maq. Akoşkanın milləri; Açıb qızılgülləri; Oğlanı yoldan eylər; Qızın şirin dilləri. (Bayatı). Yoldan qalmaq – bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək, yaxud qatara və s.-yə gecikmək. Yoldan qoymaq – bax. yoldan eləmək 1-ci mənada. Yoldan ötən, hər yoldan ötən məc. – hər kəs, hər adam. Yoldan saxlamaq – getməsinə mane olmaq, getməkdən daşındırmaq. Şükür Məşədi Həsən əmini yoldan saxlaya bilmədi. S.Hüseyn. Yolları ayrılmaq – aralarında nifaq, ixtilaf əmələ gəlmək. Yolları (yolu) ayrı olmaq – məqsədləri, niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinə uymamaq. Yolu bir olmaq – bir məqsəd təqib etmək, bir məsləkdə, bir əqidədə olmaq. Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyini bilməmək; azmaq. ...yolun yolçusu – bax. yolçu. Yolu düşmək – təsadüfən gəlmək, getmək, bir yerdə olmaq. Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım.. C.Məmmədquluzadə. Ax, yolum bir yenə Samuxa düşə; Ürəyim istəyir gedə görüşə.. H.K.Sanılı. ...yolu ilə – ...qaydası ilə, ...üsulu ilə, ...kimi. Dostluq yolu ilə. Yolu(n) yumrulsun, yolu yumrulmuş – qarğış ifadəsi. [Tükəz:] Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır! M.F.Axundzadə. [Nazlı xanım:] Dünən olan-olmazımı vermişəm kişiyə, aparsın satsın, kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Ə.Haqverdiyev. Yolun yumrulsun, ölüm! Al-qana döndü könlüm. R.Rza. Yoluna düşmək (girmək) – adi halına düşmək, nizam və qaydaya düşmək, normaya düşmək. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn. Yoluna qoymaq – bax. yoluna salmaq. Yoluna salmaq – nizama salmaq, qaydaya salmaq, davam etdirmək. Yolundan çıxmaq – bax. yoldan çıxmaq. Mənim sözüm öz yolundan çıxanı; İnşallah, qaytarar, düz insan eylər. Aşıq Ələsgər. Yolunu görmək – rüşvət vermək. [Həcər:] Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə. M.F.Axundzadə. [Məhəmmədəli:] ..Qabaqcadan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş! N.Vəzirov. Yolunu gözləmək, yolunu saxlamaq – hörmət etmək, ehtiram etmək. Özündən böyüyün saxla yolunu; Düşən yerdə saxla ərzi-halını. Aşıq Abbas. Rüstəm kişini görən hər bir kəs uzaqdan ona salam verir, yolunu saxlayırdı. S.Rəhimov. Yolunu kəsmək – maneçilik törətmək, mane olmaq, əngəl törətmək. Axır (son) yol – ölüm. Dörd yol ağzı (ayrıcı) – iki yolun kəsişdiyi nöqtə. Gözləri yol çəkmək – bax. göz. Gözləri yolda qalmaq – bax. göz. Kanat yol – polad kanatlardan asılmış və onunla hərəkət edən vaqonetlərlə yük (bəzən adam) daşımaq üçün qurğu. Daşkəsəndə kanat yolu ilə filiz stansiyaya daşınır. Nə yolda? – nə halda? necə? nə vəziyyətdə? [Xan:] Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? M.S.Ordubadi. [Mehriban:] Zeynal məzuniyyətdən qayıtdıqdan sonra özü ilə əlaqəsi nə yolda olacaqdı? S.Hüseyn. Öz yolu ilə (öz yolunda) getmək – 1) heç kəslə işi olmamaq, heç kəsə toxunmamaq, mane olmamaq; 2) lazımi qaydada, adi yolu ilə getmək. İşlər öz yolu ilə gedir. Yaxşı yol! – yola (səfərə) çıxana salamatlıq, uğur arzusu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yol

I. cığır
{çığır}

II. sefər, səyahət
{sefer, seyahat}

III. istiqamət
{istikamet}

IV. üsul, vasitə
{yöntem, araç}

V. dünyagörüşü, əqidə
{düşünce, inanç}

VI. dəfə, kərə
{defa, kez}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yol

güzergah, rota, yol

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

yol

1: (Persian) mane. ko'kragida ~i bor a real man, a he-man.yol 2 dial.excursion, outing, promenade, relaxation.

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

yo'l

road, path, way, route; tract; journey; time; means; method, manner; stripe, line. ~ida for (the sake of); along. ~ anjomlari traveling gear, luggage. ~ bos- to travel, to cover (distance); (fig.) to walk or go down (road, e.g. to happiness). ~ boshla- to lead the way. ~ bo'lsin? Where are you going?; May God help you (said to one whom one doubts will succeed). ~ga kir- to begin walking (baby). ~ kira/~ga sol- to bring around, to convince. ~ tut- to make or head (for); to hold to, to stick to, to follow, to go the way of. ~ga tush-/Samarqandga ~ingiz tushganmi? Have you ever had occasion to visit Samarqand? ~dan chiqar-/~dan qaytar- to turn back; (fig.) to turn around. ~iga tush- to search for, to follow after. ~im tushdi It was on my way. ~ingdan qolma! Keep on your way! ~(ing) ochiq You are free to go. ~(ini) qil- to find a way to do s.t. ~i ochildi to be fortunate, to have things go well. ~-~ striped, lined. ~ kira transportation fee. ~ ol- to head off (towards). ~ qo'y-/~ sol- to take or turn off (towards). ora ~da qol- to be stuck, to be nowhere. ~da qo'y- to do a superior, outstanding job of.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

yol

Yol. On künlük yol – On günlük yol. Tömür yol – Demir yol. Su yoli – Su yolu. Acha yol – Çatal yol. Qatnash yolliri – Ulaşım yolları. Chigish yol – Çelişkili yol; karışık yol. Yol bashlimaq – Yol başlamak. Yol bermek – Yol vermek. Yolda bolmaq – Yolda olmak. Yolgha chüshmek – Yola inmek. Yolgha chiqmaq – Yola çıkmak. Yol yürmek – Yol yürümek. Yolgha salmaq – Yollamak, göndermek. Yoldin qaytmaq – Dönmek. Aq yol bolsun! – Yolu açık olsun! hawa yoli – Hava yolu. Tüz yol – Düz yol. Éghri yol – İğri yol. Yalghuz ayaq yol – Patika, keçi yolu. Yolung bolsun! – Yolun açık olsun! Yoldin azmaq – Yolu şaşırmak. Bu yoli – Bu yolu, bu defa. Ötken yol – Geçen yol; geçen sefer. Bash yol – Ana yol. Bir yoli – Bir yolu; bir defada. Yol qoymaq – Yol koymak.

Dîvânü Lugâti’t-Türk Dizini (TDK)

yol

yol, sefer, ani yola çıkma·I, 53, 63, 66, 92,155, 173, 196, 204, 208. 247, 292, 332, 342, 458;II, 8, 29, 98, 176, 197, 212, 214, 232; III, 64, 87, 144, 187, 288, 292, 343, 387, 423, 450


Son arananlar: