yetirmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yetirmək
f.
1. Bir şeyi, yaxud bir sözü (xəbəri, məlumatı) başqa bir kəsə və ya yerə hər hansı bir vasitə ilə çatdırmaq. Məktubu sahibinə yetirmək. Məndən ona salam yetir. – Şah Abbas o saat əmr elədi, lazımi xəbəri firəng elçilərinə yetirdilər. M.F.Axundzadə. Qasıməli kirvə, əlbəttə, bizə gərək iki pud xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən. C.Məmmədquluzadə.
2. Özünü gedən, ya qaçan birisinə, yaxud da bir yerə çatdırmaq (adətən “özünü” sözü ilə). Özünü tez evə yetirdi. Özünü qabaqdakılara yetirmək. – Əgər Nəbi bu gün özünü Gorusa yetirə bilməsə, sabah Həcər öləsi idi. “Qaçaq Nəbi”. Bu vaxt Elman özünü yetirdi. M.Hüseyn.
3. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). Yaxşı övlad yetirmək. – Qafar .. İkram və Fatma kimi zehinli, ləyaqətli uşaqlar böyüdüb-yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən. // Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. Bağban bağında yeni meyvə növləri yetirmişdir. – Cəfa çəkdim, bağ yetirdim; Gülşəni xarə tapşırdım; Bunca fikrü xəyal etdim; Tapmadım çarə, tapşırdım. Q.Zakir.
4. Bir sıra sözlərə qoşularaq, müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: diqqət yetirmək, dil yetirmək, göz yetirmək, yerinə yetirmək.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yetirmək
ulaştırmak
Son arananlar:
- təmərküz,
- mayka,
- yükboşaltma,
- circuitous,
- yenmek,
- balıkmak,
- SAĞ,
- Dol,
- balıkçı,
- küpçü,
- misl,
- guzar,
- empirical,
- balıkçın,
- ambidexterity,
- məsləhət,
- objectively,
- sarhana,
- watch,
- müəllim,
- bambılılıq,
- yetirmək