turklehceleri.org

yaraşıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaraşıq

is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). // Qəşənglik, gözəllik. Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı). Arvadın yaraşığı saçdır. Qantəmir. • Yaraşığa mindirmək – yaraşıqlı etmək, bəzək vermək, zinət vermək. Yaraşıq vermək – bəzək vermək, zinət vermək. Özünə yaraşıq vermək. – Rəhimənin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov. Yaraşıqdan düşmək – yaraşığını itirmək, görkəmsiz olmaq, gözəlliyini itirmək. Yaraşıqdan salmaq – yaraşıqdan, bəzəkdən, gözəllikdən məhrum etmək, görkəmsiz etmək. // Yaraşma, uyğunluq, tutma. Heç bir yaraşığı yoxdur. Yaraşıqdan yad olmaq – yaraşığı, gözəlliyi itmək, yox olmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaraşıq

bəzək, zinət
{süs, ziynet}


Son arananlar: