turklehceleri.org

yanıqlı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yanıqlı

sif.
1. Yanmış yeri olan, yanığı olan.
2. məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan nə yaman yanıqlısan! S.Rəhimov. Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə.
3. məc. Kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. Yanıqlı hava. Yanıqlı səs. – Birdən eşitdiyim yanıqlı bir fəryad məni yuxudan ayıltdı. S.Hüseyn. Çiçəklərin titrəşib bir-birinə baş-başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu. Çəmənzəminli. Rəhim bəy yanıqlı bir ah çəkdi. M.Hüseyn.
4. zərf Yanıqlı-yanıqlı, həzin-həzin. Yanıqlı oxumaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yanıqlı

I. acıqlı
{sinirli}

II. kədərli, dərdli, ələmli, qüssəli, qəmli, hüzin
{kederli, dertli, elemli, hüzünlü, gamlı, üzgün}

III. tə’sirli
{etkili}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yanıqlı

acıklı, dertli, ıstıraplı


Son arananlar: