turklehceleri.org

yad

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

yad

I с. чит, таныш булмаган; yad el чит ил, чит як; yad elde читтә, чит илдә


yad и. искә алу □ yad etmek искә алу, хәтердә яңарту

Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)

yad

1. Bigâne, Tanıdık olmayan, Yabancı
2. Bigane, Yabancı

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

yad

Türkiye Türkçesi: yad
Azerbaycan Türkçesi: yad özgä
Başkurt Türkçesi: sit yat (insan)
Kazak Türkçesi: jat
Kırgız Türkçesi: cat çōçun
Özbek Türkçesi: yàt begànä
Tatar Türkçesi: çit yat (insan)
Türkmen Türkçesi: yãt daşarı yūrtlı keseki
Uygur Türkçesi: yat çät ällik
Rusça: inostrannıy çujoy

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yad

I. sif.
1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək. – Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, .. yad kişilərin də yanında ayaqları çılpaq dolanır. C.Məmmədquluzadə. // İs. mənasında. Yadlar buna nə deyərlər? Yadları özünə güldürmə! – Bağrımı yandırdın oda; Sirr sözümü vermə yada. Aşıq Ələsgər. Taleyim belədir. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür... Mənim .. doğma atam ayağımdan çəkir. Mir Cəlal.
2. Öz vətəni, yeri olmayan; yabançı. Yad şəhər. – Yad ölkədi, düşmən çoxdu; Ərəb atı mən istərəm. “Koroğlu”. [Sona] Sən bu yad yerdə, yad adamın yanına niyə gəlibsən?! M.F.Axundzadə. Rüxsarə tənha olaraq bu qaranlıq vaxtda bu yad evə göndərildiyinin mənasını özünə aydın edə bilmirdi. S.Rəhimov.
3. Ruhca, mahiyyətcə, görüşcə uzaq olan, zidd olan, hər hansı bir səbəbə görə yaxın ola bilməyən; yabançı. Bizə yad görüşlər. – İsmayılzadə təbiətən, diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn. • Yad olmaq – təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaq olmaq, heç bir münasibəti olmamaq. Mənə heç vaxt yad olmadı; Sevinciniz, qəminiz; Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz. B.Vahabzadə.
4. məc. Düşmən mənasında. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı.. Aşıq Ələsgər. ..Dostun da sirrini yada vermək namərdlikdir. C.Məmmədquluzadə. Yadların onda kəsilsin nəfəsi; Bürüsün hər tərəfi nəğmə səsi. S.Rüstəm.

II. bax. yaddaş. • Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) – yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə. Yad olunmaq – xatırlanılmaq, yada salınmaq, anılmaq. Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq. Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun. Yada düşmək – hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq. Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn. Yada gəlmək – bax. yada düşmək. ..Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Yada salmaq (gətirmək) – hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq. – Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə. Yaddan çıxmaq – hafizədən, yaddaşdan silinmək, unudulmaq. Yadında olmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq. [Çərkəz:] ...Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə. Yadından çıxmaq – hafizəsindən silinmək; unutmaq. Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. C.Məmmədquluzadə. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində – yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam. ..Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yad

I. özgə, kenar
{yabancı, dış}

II. yabançı
{yabancı}

III. hafizə
{hafıza}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yad

yaban, yad

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

yad

f. Yad, anma, akla getirme. Yadqa almaq – Ezberlemek. Yad oqumaq – Ezberden okumak. Yad élish – Ezberleme. Yadta tutmaq – Akılda tutmak. Yadqa chüshürmek – Akla getirmek. Yadtin chiqmaq – Unutmak. Yadta saqlimaq – Unutmamak, akılda tutmak. Yadqa keltürmek – Akla getirmek.


Son arananlar: