turklehceleri.org

xan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xan

is. tar.
1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov. Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.İbrahimov. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun.
2. məc. Ağa, hökmran. Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir.
3. köhn. Aşıq-aşıq oyununda: başçı, hakim. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski. Əvvəllər kənd uşaqları, “xan cığal olar” – deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.
4. məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.
5. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan. ‣ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar – çox məğrur, lovğa, təkəbbürlü adam haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar.. Ü.Hacıbəyov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xan

han

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

xan

Han.

Dîvânü Lugâti’t-Türk Dizini (TDK)

xan

han, Türkler'in en büyük başbuğu, Afrasyab oğullarına verilen ungun·I, 63, 82, 199, 255, 271, 410, 427, 459;II, 3, 7,190, 273, 288; III, 60, 127, 141, 157, 266. 327, 368


Son arananlar: