turklehceleri.org

tərəkəmə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tərəkəmə

is.
1. Keçmişdə: Azərbaycanda köçəri heyvandarlara verilən ad. Tarverdi başıbağlı, koxa və Məşədi Qurban və Nəcəf, Namaz və başqa tərəkəmələr oturublar. M.F.Axundzadə. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz, gərəkdir yaylağa qaçsın. F.Köçərli.
2. Azərbaycan xalq oyun havalarından birinin adı. Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu görərik. Ə.Bədəlbəyli.


Son arananlar: