turklehceleri.org

tənəzzül

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tənəzzül

is. [ər.]
1. Enmə, aşağı düşmə; geriləmə, dala getmə, geri getmə, inkişafdan qalma (tərəqqi ziddi). İnkişaf və tənəzzül. Kapitalizmin tənəzzülü. • Tənəzzül etmək – enmək, aşağı düşmək, geriləmək, geri getmək, dala getmək. Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. S.S.Axundov. Şərq aləmi get-gedə tənəzzül edirdi. S.Hüseyn.
2. məc. Düşkünlük, rəzalət, özünü alçaltma, heysiyyətini itirmə. Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən. ‣ Tənəzzül etmək – özünə eyib, ar bilməmək, özü üçün alçaqlıq hesab etməmək, iltifat göstərmək. Xəspuşlardan birisi: – Xoş gördük, Varis bəy! Sən də tənəzzül edib bizim şəhərimizə gəlmisən? A.Şaiq. Adil və Aqil də bilirdi ki, Mirzə Valeh tənəzzül edib gəlməyəcəkdir. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tənəzzül

gerilik, düşkünlük
{gerilik, düşkünlük}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tənəzzül

tenezzül


Son arananlar: