turklehceleri.org

təfavüt

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təfavüt

is. [ər.] İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq. [Tarverdi:] Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? C.Cabbarlı. [Qoca:] Bizim üçün şah və gəda – təfavütü yoxdur. A.Divanbəyoğlu. • Təfavüt qoymaq – bir-birindən fərqləndirmək, fərq qoymaq. Duz ilə doşaba təfavüt qoymur. (Ata. sözü). Təfavüt etməmək (eləməmək) – fərqi olmamaq. [Mozalan bəy:] Sizin üçün də təfavüt eləməz. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təfavüt

fərq, ayrılma
{fark, ayrılma}


Son arananlar: