turklehceleri.org

tə'rif

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tərif

is. [ər.]
1. Bir şəxsin, ya şeyin yaxşı cəhətlərini, məziyyətlərini, müsbət xüsusiyyətlərini demə; mədh, vəsf. İndi Sona gözəl cümlələr, təriflər .. dinləmək istəyirdi. B.Bayramov. // Şöhrət, ad. Əyri qılıncı belində; Tərifi mərdlər dilində. “Koroğlu”. • Tərif etmək – bax. tərifləmək. Vaqif zülflərini tərif edəndə; Gərəkdir ki, əvvəl yaza bənövşə. M.P.Vaqif. Əminə nə qədər diqqət versə də, Rayanın tərif etdiyi qızı görə bilmirdi. M.S.Ordubadi.
2. Bir şeyin məzmununu, mahiyyətini, əsas xüsusiyyətlərini qısa şəkildə ifadə edən formul; xülasə. Cümlənin tərifi. Okeanın tərifi. Məntiqi tərif.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tə’rif

I. müəyyənləşdirmə
{belirginleştirme}

II. tesvir, izah
{tasvir, izah}

III. mədh
{övgü}

IV. alqış, əhsən, afərin
{övgü, ihsan, beğeni}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tərif

övgü, tanım, tarif


Son arananlar: