sezmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sezmək
f. Duymaq, hiss etmək, başa düşmək, anlamaq. Şadlığını üzündən sezmək. – Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Vaqif bütün incəliklərinə qədər bələd olduğu bu çöhrədəki dəyişikliyi sezdi. Çəmənzəminli. Əsarətdə yaşayan insanların ahını; Baxışlarda sezmişəm, ürəklərdə görmüşəm. M.Rahim.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sezmək
çakmak, sezmek