turklehceleri.org

qət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qət

[ər.]: qət etmək – 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli; 2) həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. – İki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir. – Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn. Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən; 4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək. – [Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov. Qət olunmaq (edilmək) – 1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək. Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev; 2) həll edilmək, həll olunmaq. Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal. Qəti-əlaqə etmək – əlaqəsini kəsmək, aranı qırmaq. ..Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov. Qətinəzər etmək – üz döndərmək, əlaqəni kəsmək. Qəti-ümid olmaq – ümidini kəsmək, əlini üzmək. [Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu.


Son arananlar: