turklehceleri.org

qənşər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qənşər

is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. – Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev. • Qənşər gəlmək – üz-üzə gəlmək, rast gəlmək. Uğura qənşər gələsən, oğul, – deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə. // Qarşıda yaxşı görünən yer. [Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qənşər

irəli, qabaq
{ileri, karşı}


Son arananlar: