qarşılamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qarşılamaq
f.
1. Qabağına çıxmaq, qarşısına çıxmaq, görüşünə çıxmaq. Qonaqları qarşılamaq. – Xanım onu eyni təbəssümlə qarşıladı. M.S.Ordubadi. Ovdan gələnləri layiqi ilə qarşılamaq lazımdı. M.Rzaquluzadə.
2. Gələn bir şəxsə, yaxud biri ilə görüşərkən, ona hər hansı bir vasitə ilə öz münasibətini izhar etmək. Tamaşaçılar artisti gurultulu alqışlarla qarşıladılar. O, bizi çox soyuq qarşıladı. Qələbə ilə evlərinə dönən qəhrəmanları xalq çiçək və musiqi ilə qarşıladı. – Səba xanım Fəxrəddinin onu bir sevgi ilə qarşılayacağına heç də inanmırdı. M.S.Ordubadi. // Bir şey haqqında xəbər tutaraq, ona qarşı müsbət, ya mənfi münasibətini ifadə etmək. Rübabə zahirdə bu xəbəri soyuq qarşılamışdı. Mir Cəlal. • Yeni ili, bayramı (və s.-ni) qarşılamaq – bayram, tarixi gün və s. gəlməsi münasibəti ilə təntənəli yığıncaq, məclis, qonaqlıq və s. düzəltmək, şənlik etmək. Parlayan saf göylərə bax, Qara dəniz; Gəl səninlə yeni ili qarşılayaq. N.Rəfibəyli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qarşılamaq
karşılamak