turklehceleri.org

neştər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

neştər

is. [fars.]
1. Sancan heyvanlarda (əqrəb, arı və s.-də) sancdıqları yerə zəhər buraxmaq üçün orqan. Əqrəb kimi neştər gücü var dırnağımızda. M.Ə.Sabir. // Məc. mənada. Allah yaman gözdən saxlasın, gözəl ceyildir. Düşmən gözünün neştəridir. M.S.Ordubadi.
2. Yaranı, çibanı və s. yarmaq, deşmək üçün ikiağızlı, itiuclu cərrah bıçağı. [Kəlbalı] yəhərqaş xurcunda həmişə neştər və biz gəzdirər. S.Rəhimov. Zabit elə bağırdı ki, sanki .. yetişmiş çibanına neştər soxdular. Ə.Vəliyev • Neştər kimi – ucu çox iti şey haqqında. ..[Qızın] kirpikləri isə bir neştər kimi göz bəbəklərini yarmağa çalışırdı. M.S.Ordubadi. ..[Qızın] bu yanıqlı sözləri və kədərli baxışı qocanın qəlbinə neştər kimi sancıldı. A.Şaiq. Neştər vurmaq – bax. neştərləmək. Aşiqəm bir dəm ara; Neştər vur bir damara; Məni zülfün vurubdu; Vurdurma bir də mara. (Bayatı).


Son arananlar: