turklehceleri.org

naznemət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

naz-nemət

(=nazü nemət) is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın; Ortaya hər çeşid naz-nemət saçın! A.Şaiq. // Var, var-dövlət, sərvət mənasında. Dünyanın nazü neməti insan zəhmətinin başındadır, – deyə qoca bostançı öyünürdü. S.Rəhimov. • Naz-nemət içində yaşamaq (bəslənmək, böyümək) – həyatda heç bir şeydən çətinlik çəkməmək, firavan həyat keçirmək, xoşbəxt yaşamaq, var-dövlət içində bəslənmək. Naz-nemət içində bəslənən bəxtiyarlar; Sanki deyirlərdi ki, yazıq, nəhayətin nə? M.Müşfiq.


Son arananlar: