turklehceleri.org

narahat

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

narahat

sif. və zərf [fars. na... və ər. rahət]
1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. – Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov. Ovçu dostum narahat bir nəzərlə mənim üzümə baxdı. M.Rzaquluzadə. • Narahat etmək – 1) rahatsız etmək, istirahətini, rahatlığını pozmaq, əziyyət vermək, incitmək. Vurma şanə zülfünə narahət etmə könlümü. M.Ə.Sabir. [Nadiri] narahat edən məsələni Məciddən soruşmaq istəyirdisə də, cürət etməyirdi. B.Talıblı; 2) həyəcana salmaq, təşvişə salmaq, təlaşa salmaq, qorxutmaq. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. ..Solmaz burada olsaydı, Şiraslan özünü narahat edən ürək sözlərini ona açar(dı). S.Rəhimov. Narahat olmaq – 1) rahatlığı, dincliyi pozulmaq; 2) həyəcana, təşvişə, təlaşa düşmək, iztirab keçirmək, nigaran olmaq. Əminə isə indi ən çox dəvəçilər haqqında narahat olur. Ə.Əbülhəsən. Birinci dəfə həkim nəbzini tutan vaxt Əziz bu cür narahat olmamışdı. Ə.Vəliyev.
2. Rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay. Narahat yer. Narahat oturacaq. – O, narahat maşında da, açıq havada da, quru yerdə də yatıb yuxusunu alır. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

narahat

təşvişli, həyəcanlı, iztirablı, nadinc, təlaşlı
{vesveseli, heyecanlı, ıstıraplı, hareketli, telaşlı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

narahat

kullanışsız, rahatsız, tedirgin


Son arananlar: