turklehceleri.org

müstəsna

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müstəsna

sif. [ər.]
1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar. // is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.
2. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, qeyri-adi. Müstəsna ustalıq. – Əlikram müstəsna bir məharətlə lazım olanların hamısının damarlarına bələdləşmişdi. B.Bayramov. // Fövqəladə, özü kimilərdən üstün; qeyri-adi, nadir. Müstəsna gözəllik. Müstəsna musiqi əsəri. – Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

müstəsna

istisna
{istisna}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

müstəsna

müstesna


Son arananlar: