turklehceleri.org

mumiya

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mumiya

I. is. [ər.]
1. Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi. Bir çox Misir mumiyası hal-hazıra qədər qalır və muzeylərdə saxlanılır. “Qədim dünya tarixi”.
2. məc. Dərman, dava, əlac. Bir sınmışa mumiya dilərdim; Bir xəstə üçün şəfa dilərdim. Füzuli.
3. məc. Cansızlığı, arıqlığı, hərəkətsizliyi və s. xassələri ilə qurumuş cəsədi xatırladan adam haqqında. Yazıq Xədicə dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. S.S.Axundov.

II. is. [ər.] Müxtəlif qırmızı rəngləri olan toz halında mineral boya.


Son arananlar: