turklehceleri.org

ləng

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ləng

[fars.] sif.
1. Ağır, asta, yavaş; ağırtərpənən. Çox ləng adamdır! // Zərf mənasında. Ləng getmək. Ləng işləmək. Ləng danışmaq. – Onun gərdişində bir azca ləng var; Aləmə əyandı, görünür aşkar. Aşıq Ələsgər. Qara Kərəmoğlunun ağzından sözlər nisbətən ləng və soyuq çıxırdı. M.İbrahimov. [Yusif:] Siz çox ləng işləyirsiniz. S.Rəhman. • Ləng olmaq – qəsdən yubanmaq, bənd olmaq, dayanıb gözləmək, ilişmək. Bir bəhanə ilə beş-on dəqiqə [həyətdə] ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf. C.Məmmədquluzadə. [Sona:] Bağışlayın, yolda bir qədər ləng oldum. H.Nəzərli. Ləngə düşmək – gecikmək, yubanmaq, dolaşığa düşmək. Bir fəqirin işi düşüb ləngə; Gəlmiş idi zəmanədən təngə. S.Ə.Şirvani. Bağlıdır yol, görürsən, qafilə düşmüş ləngə. M.Möcüz. [Bayram kişi:] Ancaq el gücü yaddan çıxıbdır, yəni yaddan çıxmayıb ha, bir azca ləngə düşübdür. M.Rzaquluzadə. Ləngə salmaq – yubatmaq, gecikdirmək. [Bəkir:] Qoşun ağır gedir, bizi ləngə salır. Ü.Hacıbəyov. [Hacı Qurban:] ..Qoyunun pulunu ləngə salıblar. Ona görə yazıq uşaq qayıdıb gələ bilməyir. N.Vəzirov.
2. Axsaq, topal. Ləng adam.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ləng

yavaş, gecikmə, asta
{yavaş, geç, ağır}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ləng

hantal


Son arananlar: