turklehceleri.org

köhnə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

köhnə

sif. [fars.]
1. Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, yıpranmış, köhnəlmiş; nimdaş (yeni ziddi). Köhnə ayaqqabı. Köhnə palto. Köhnə araba. Köhnə stul. – Pişxidmətlər şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələtişahanəni ona geydirməyə. M.F.Axundzadə. Üstünə köhnə bir cecim atılıb; Çarvadarlar gün altda yatmışdır. A.Səhhət. Ələsgər dayı özü ilə Kürdüstandan kim bilir hansı zamandan qalmış köhnə bir saz gətirmişdi. İ.Əfəndiyev. // Çoxdan qalan (saxlanan). Köhnə çaxır. Köhnə sirkə.
2. Bundan öncə olan, əvvəlki, sabiq, keçmiş (təzə ziddi). Köhnə direktor. Köhnə rəis. Köhnə sədr. – [Miraxur:] Sən Allah, Mirzə Həbib, de görüm xalq bizim köhnə padşahımızın haqqında nə danışır? M.F.Axundzadə. Bir bax gör köhnə briqadir yerində nə qurdalanır? Q.İlkin.
3. Çoxdan qalma, keçmiş, çoxdan işlənən, indiyədək davam edən, keçmişə aid olan, vaxtı keçmiş. Köhnə üsul. Köhnə qayda. – Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə. Köhnə istibdad düşdü, parladı tərzicədid. Ə.Qəmküsar. Gənclərimizin köhnə adət və etiqadların təsirinə düşmələrinə dözmək olmaz. Ə.Sadıq.
4. Qədim, keçmiş dövrə aid, əski. Köhnə şəhər divarları. Köhnə bina. Köhnə abidələr. – Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Cavad kəndin qabağındakı köhnə qala yerlərini nəzərdən keçirtdi. Ə.Vəliyev. Səngərdir başdan-başa o köhnə Mədinənin; Hər küçəsi, hər tini. B.Vahabzadə.
5. Təcrübəli, qocaman, stajlı, dünyagörmüş, bir işdə çox işləyib bişmiş; bişkin. Köhnə müəllim. Köhnə xanəndə. Köhnə usta. – Düzdür, Bayram kişi özü köhnə ovçu idi. M.Rzaquluzadə. // Yaşlı, qoca, yaşca daha böyük. Köhnə kişi. Köhnə qadın. – Bəzi köhnə yaşlı kişilər və bir para Allah bəndələrindən başqa onu sayan, ona həmişəki ehtiramı edən yox idi. Qantəmir. [Sultan:] Axırda, cavanlarımıza yumruq dəyəndə də .. barbar bağırdılar ki, bəs ay nə bilim, köhnə kadrlar bizim qabağımızı kəsirlər, bizə post vermirlər!.. İ.Hüseynov. // İs. mənasında (əsasən cəmdə işlədilir). Köhnələrin fikri. – O köhnələrdən əcəb kim, utanmayıb da, deyirlər; Gərək bu əsrə görə böylə, böylə adət olaydı! M.Ə.Sabir.
6. Çoxdankı, lap əvvəlindən, əski. Köhnə şəhərli. Köhnə tanış. – Yox yeni bir dinə yəqinim mənim; Köhnə müsəlmanəm, a şirvanlılar! M.Ə.Sabir. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Sən mənə tanışsan, mən sənə tanış; Bu köhnə dostunu tanı, bənövşə! M.Dilbazi.
7. Mürtəce, vaxtı keçmiş, indiki dövrə uyğun gəlməyən (yeni ziddi). Köhnə fikir. Köhnə əqidə. – “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov. ‣ Köhnə hamam, köhnə tas – bax. əski hamam, əski tas (“əski1”də). Köhnədən vurub təzədən çıxmaq – həm köhnədən, həm təzədən, hər şey haqqında danışmaq. ..Mürşüdoğlu nağıla başlayıb köhnədən vurub təzədən çıxdı. S.Rəhimov. köhnə-köhnə sif. və zərf Köhnə, əski, qədim (çoxluq bildirir). Köhnə-köhnə fikirlərlə mübarizə aparmaq. – [Şahqulu:] Rəhmətliyin oğlu, köhnə-köhnə peşəni əldən qoymayıb korlayırsan. N.Vəzirov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

köhnə

I. əski, qədim
{eski, kadim}

II. cırıq, nimdaş
{kırık, eskitilmiş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

köhnə

çağdışı, eski, kart, köhne, kullanılmış


Son arananlar: