turklehceleri.org

keçən

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

keçən

1. “Keçmək”dən f.sif.
2. sif. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə. – Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. (Bayatı). Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. [Zeynalın] keçən gün əli hər yerdən üzülüb, öz dərdini Şərifzadəyə açıb söyləmişdi. S.Hüseyn.
3. sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş. Keçən günə gün çatmaz. (Ata. sözü). [Səfi:] Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi, keçən dərdi, yol dərdi. “Əsli və Kərəm”. Cahandan getdi gileyli; Keçən dövrana bir baxmaz. Q.Zakir. // Keçən gün, keçmiş hadisə. Keçənə güzəşt deyərlər. (Məsəl).
4. Keçənlərdə şəklində zərf – keçmişdə. Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur! Şəhriyar. Keçənlərdən şəklində – keçmişdən. [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb cəmşidi-cəm peymanə qaldı. H.Cavid. Keçənlər şəklində – keçmiş, olmuş şeylər. Gəl qardaşım, keçənləri; Yada salaq dönədönə. B.Vahabzadə. // Eyni mənada bəzən “bu” sözü ilə. Bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Ü.Hacıbəyov. ‣ Keçən yeri olmamaq – heç bir güzəşt edilə bilməyəcəyini bildirir. Məmmədbağırın keçən yeri yox idi. S.Hüseyn.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

keçən

geçen


Son arananlar: