turklehceleri.org

hərlənmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hərlənmək

f.
1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. Bağın ətrafına hərlənmək. – Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. “Koroğlu”. Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı.. M.Rzaquluzadə. // xüs. Öz oxu ətrafında fırlanmaq, dolanmaq. Çarx hərləndi və getdikcə kəndir açıldı. C.Cabbarlı. Val sürətlə hərlənir. Gənc bir Azərbaycan bəstəkarı tərəfindən yazılmış xəfif, rayihədar bir melodiya sərin yay küləyinə qarışaraq, talvardan uzaqlara qanad çalır. İ.Əfəndiyev. // Havada dövrə vurmaq. Sərçələr bağın üstündə hərlənir. –Çox yeriməyib uşaq durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli.
2. Gəzmək, dolaşmaq, dolanmaq, gəzişmək. Bir az bulvarda hərlənmək. – O tərəfdən padşah qızı dağda nə qədər hərləndisə, Güloğlanı tapa bilmədi. (Nağıl). Sübhanverdizadə hərlənib əlini zəngin düyməsinə dayadı, katib içəriyə girdi. S.Rəhimov.
3. məc. Gəlib keçmək, ötüb keçmək, dolanıb keçmək. Əsrlər hərləndi. – İllər, aylar gəldi, hərləndi, Şəms axırda bir şəhərə çatdı. (Nağıl).
4. məc. Qurdalanmaq, vurnuxmaq. Orada nə hərlənirdin? – [Eyvaz:] Bu gecə vaxtı burada nə hərlənirsən? “Koroğlu”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hərlənmək

I. fırlanmaq, dolanmaq, yellənmək, tərpənmək
{gezinmek, dolanmak, esmek, deprenmek}

II. burulmaq, eşilmək
{kazılmak, eşilmek}

III. gəzinmək, veyillənmək, qurdalanmaq, vurnuxmaq, eşələnmək
{gezinmek, işsizleşmek, kurcalanmak, dolaşmak, turlamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hərlənmək

aylanmak, gezinmek


Son arananlar: