həll
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həll
I. is. [ər.]
1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. Problemin həlli. // Bir məsələ haqqında qərara gəlmə, nəticə çıxarma. [Rüstəm bəy] həllinə aciz olduğu məsələlərdə məlumatlı adamlara və kitabxanalara müraciət edərdi. Çəmənzəminli. • Həll etmək – qərara gəlmək, nəticəyə gəlmək. Yüz kari-müşkülə gər qoyasan əl; Göz yumub açınca səyin eylər həll. Q.Zakir. [Rəhim bəy] Məşədibəylə ixtilafını biryolluq həll etmək bəhanəsilə qardaşı evinə getdi. M.Hüseyn.
2. Həyata keçirmə (keçirilmə), yerinə yetirilmə. Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Mir Cəlal. • Həll etmək – həyata keçirmək, yerinə yetirmək. Çətin texniki məsələləri həll etmək. – [Nəsib dayı] ..həmişə ən çətin, mübahisəli məsələləri də sakitliklə həll etməyi lazım bilirdi. İ.Şıxlı.
3. Axtarılan rəqəmi, cavabı və s. tapma. Krossvordun həlli. Tənliyin həlli. • Həll etmək – axtarılan cavabı, rəqəmi tapmaq. [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev.
II. [ər.]
1. is. xüs. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi. • Həll etmək – bərk və ya maye maddəni suda və ya başqa mayedə əritmək. Şəkəri suda həll etmək.
2. sif. Çox yetişmiş, dəymiş və ya çox bişmiş; yumşaq. Həll pomidor. Həll (z.) bişirmək. – [Yaşlı kişi:] Tam yetişmiş, həll bir ənciri əlimə alaraq [Şirinnaza] tərəf tolazladım. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həll
I. qərar, nəticə
{karar, netice}
II. ərimə
{erime}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həll
çözme, hal