turklehceleri.org

həlak

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həlak

is. [ər.] Ölmə, məhv olma, ölüm, məhv, tələf. Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır. M.F.Axundzadə. • Həlak etmək – 1) öldürmək, məhv etmək, yox etmək, tələf etmək. Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Kəndin mollası da ona get demiş; Get öz düşmənini həlak et demiş. M.Müşfiq; 2) məc. üzüb əldən salmaq, həddən artıq yormaq, üzmək. Çox işləyib özünü həlak etmək. Həlak olmaq – 1) ölmək, məhv olmaq, tələf olmaq. Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib həlak oldu. “Aşıq Qərib”. Yavər Vətən yolunda həlak olmuşdu. M.İbrahimov; 2) məc. yorulub əldən düşmək, həddindən artıq yorulmaq, üzülmək. İşləməkdən həlak olmaq. – Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. S.Hüseyn.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həlak

helak


Son arananlar: