turklehceleri.org

hövsələ

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hövsələ

is. [ər. hövsələ – çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır. – Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. [Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı. ‣ Hövsələdən çıxmaq – bax. hövsələsi daralmaq. ..Qaş qaralanda adamlar artıq hövsələdən çıxdılar. S.Rəhman. [İlyas:] Axırda dayım, Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü. Ə.Məmmədxanlı. Hövsələsi çatmamaq – bax. hövsələsi daralmaq. [Maral:] Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım. S.Rəhman. Hövsələsi daralmaq (darıxmaq) – səbir edə bilməmək, dözə bilməmək, özünü saxlaya bilməmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. M.F.Axundzadə. [Qız] danışmaq istəyirdi, hövsələsi darıxırdı.. M.S.Ordubadi. Hövsələsi gəlməmək – səbri çatmamaq, səbir edə bilməmək, dözə bilməmək. Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir, amma, bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. C.Məmmədquluzadə. Hövsələsi tükənmək – səbri tükənmək, daha dözməmək. Qara Kərəmoğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi. M.İbrahimov. Hövsələsini basmaq – dözmək, özünü saxlamaq, səbir etmək, toxtamaq. Zamanovun tapşırığı çox çəkdiyindən o, hövsələsini basa bilməyib, özünü kabinetin qapısına verdi. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hövsələ

səbir, dözüm
{sabır, metanet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hövsələ

tahammül


Son arananlar: