turklehceleri.org

gərgin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gərgin

sif.
1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim. // məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq.
2. Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət. – Bol məhsul götürmək üçün gərgin iş, səmərəli əmək tələb olunur. Ə.Vəliyev. Mədədov taqımla gedəndən sonra, .. səbirsizliklə cəbhənin gərgin vuruşmalar gedən sahələrinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən. Gərgin işlə açırsan; Son zamanlar səhəri. M.Seyidzadə. // Zərf mənasında. Bayaqdan bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. M.İbrahimov. [Çiyələyin] əlləri böyük çeviklik, səliqə göstərsə də, ürəyi, fikri də aydın, gərgin işləyirdi. B.Bayramov.
3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət.
4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan. – Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. İ.Əfəndiyev. Ölkə müharibə dövrü üçün çox təbii olan son dərəcə gərgin, həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhəsən. • Gərgin olmaq – ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq. Nəcəf bəyin haləti gərgin olub, tez-tez otaqda var-gəl edib sonra gəlir. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

gərgin

əsəbi
{sinirli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

gərgin

gergin


Son arananlar: