turklehceleri.org

güllə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

güllə

is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi. – [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı. Ə.Sadıq. [Ovçu:] Niyə tələsdiniz? – dedi, – yaxşı ki güllələriniz dəymədi.. M.Rzaquluzadə. • Güllə açılmaq – atəş açılmaq, atılmaq (odlu silah haqqında). Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nəzərli. Güllə atmaq – odlu silahdan atmaq, atəş açmaq. Havaya birbirinin ardınca üç güllə atdım. M.Rzaquluzadə. Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı. Güllə boşaltmaq – bax güllə atmaq. Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni.. M.Araz. Güllə yağdırmaq, gülləyə basmaq (tutmaq) – hər tərəfdən çoxlu güllə atmaq. [Nəbi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. “Qaçaq Nəbi”. ..Quldurlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov. ‣ Güllə kimi – 1) çox tez, çox cəld, çox sürətli. Rəna qapıdan güllə kimi çıxdı. S.Rəhman. O, .. dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmmədxanlı; 2) çox kəskin, çox ağır, çox təsirli. Paşanın sözü Həsən xana güllə kimi dəydi. “Koroğlu”. Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov. Güllə mənzili – güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə. Kəndə qədər bir güllə mənzili qalmışdı. Güllə sıxmaq – odlu silahı hədəfə yapışdıraraq vurmaq. Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Cəlal. [Ələmdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rəhimov. Güllə tökmək – ərinmiş metaldan güllə qayırmaq. Gülləni gülləyə düzmək – çoxlu güllə atmaq, ara vermədən atəş açmaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

güllə

kurşun, mermi


Son arananlar: