turklehceleri.org

görkəmli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

görkəmli

sif.
1. Bu və ya başqa cür görünüşü, görkəmi, siması olan; görünən. Xəstə görkəmli. Sağlam görkəmli. – Onların əvəzinə Tapdıq, özünə yaxınlaşan kərtənkələ görkəmli birisini və onun bıçaq kimi süngüsünü gördü. Ə.Əbülhəsən. Hər ikisi qızların bir-birindən qəşəngdi; Biri sakit görkəmli, biri ciddi, ürkəkli. M.Dilbazi. // Gözəgəlimli. Görkəmli oğlan.
2. Müsbət xüsusiyyətlərinə görə başqalarından seçilən; yaxşı. Görkəmli usta. – [Qüdrət:] Görkəmli mühəndislərin qəlbini oxumaqda çətinlik çəkdikcə trest bu vəziyyətdən çıxmayacaqdır. M.Hüseyn. [Səməd] idarənin ən görkəmli işçilərindən idi. H.Seyidbəyli.
3. Böyük xidmətləri olan; məşhur, tanınmış. Görkəmli bəstəkar. Görkəmli alim. – Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı. Ə.Haqverdiyev.
4. Böyük əhəmiyyətli; mühüm. Görkəmli nəticələr çıxarmaq. – Buna nə ruhaniyyət alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi. M.S.Ordubadi.
5. Hər tərəfdən görünən, hamının gördüyü. Danışıqdan aydın oldu ki, o bizim idarədə görkəmli yerdən asılı bir şəkli – Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov.
6. Görməli, maraqlı, baxmalı, diqqətəlayiq. Ədəbi görüşlərlə yanaşı, biz Volqoqradın görkəmli yerləri, abidələri və mədəniyyət ocaqları ilə tanış olurduq. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

görkəmli

I. məşhur, hörmətli, sanballı
{meşhur, saygın, etkili}

II. boylu-buxunlu, qamətli
{boylu poslu, endamlı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

görkəmli

görkemli, gösterişli, ünlü


Son arananlar: