turklehceleri.org

danışıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

danışıq

is.
1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu. – Danışıq dananı qurda verər. (Məsəl). [Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev. // Danışma, söhbət etmə. [Qəhrəman:] İndi nə danışıq vaxtıdır!.. Aləm dağılır. H.Nəzərli. Meşədəki ağaclar küləyin təsirindən uğuldayır, Cavadın danışığına mane olurdu. Ə.Vəliyev. // Danışma tərzi. Uzun bir nitq söyləməyə hazırlaşmış kimi görünən katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. Ə.Sadıq. // Söz-söhbət.
2. Canlı dil, adi danışıq dili. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri [Sonaya] öyrətdi və sonra kitabdan az-az dərs verdi. N.Nərimanov. • Danışığa tutmaq – söhbətlə başını qarışdırmaq, söhbətə tutmaq, söhbətlə yayındırmaq. Növrəstə daha bir söz deməyib addımlarkən bəy yenə də “qızım” deyə-deyə onu danışığa tutdu. Ə.Abasov. Danışıq etmək – söhbət etmək, danışmaq, məsləhətləşmək, fikir mübadiləsi etmək. [Vəzir:] Mənə vacib idi ki, siz ilə danışıq edim, qulaq asın! M.F.Axundzadə.
3. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi. – Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. Bu danışıqlara nə oğlan və nə qız şəxsən qarışa bilməz. R.Əfəndiyev. [Mister Tomas və vəzirlərin] danışıqları bir məzmun ətrafında deyildi. M.İbrahimov. • Danışıq aparmaq – bir şey haqqında başqası, ya başqaları ilə fikir mübadiləsi etmək, müzakirə etmək. Mədəni əlaqə haqqında danışıq aparmaq. – [Qətibə:] Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam.. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

danışıq

söhbət, müzakirə
{sohbet, görüşme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

danışıq

bahis, konuşma, laf


Son arananlar: