turklehceleri.org

cahangir

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cahangir

is. [fars.]
1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı. Cahangirlər bir daha güvənməsin özünə; Sarsıdacaq onları həqiqətlərin səsi. S.Rüstəm. Keçdi yerin üzərindən qərinələr bir an kimi; Cahangirlər, hökmdarlar xəzəl olub, külə döndü. N.Rəfibəyli.
2. Çox məşhur, dünyada məşhur, cahanşümul. [Atabəy Qətibəyə:] ..Sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cahangir

fateh, istilaçı
{fatih, istilacı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cahangir

cihangir


Son arananlar: