turklehceleri.org

büryan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

büryan

sif. [fars.] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış). • Büryan eyləmək (etmək) – 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab eləmək, yandırmaq. Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni bir yan eylədi. Nəsimi. Gər visalından mədəd qılmazsan, ey aram can; Çeşmimi giryan edib bağrımı büryan eyləmə! Xətayi. Tutam zülfün üçün dönəm başına; Bağrımı oduna büryan eyləyəm. M.P.Vaqif. Büryan olmaq – 1) odda yanmaq, qovrulmaq; 2) məc. kabab olmaq, yanmaq. Əyyami-visalə yetdi hicran; Vəqt oldu ciyərlər ola büryan. Füzuli.


Son arananlar: