turklehceleri.org

buraxılış

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

buraxılış

is.
1. Buraxmaq işi, buraxma. Məhsul buraxılışı. İstiqraz buraxılışı. Kitab buraxılışı.
2. Kursu bitirmiş tələbələr dəstəsi. Azərbaycan Tibb Universitetinin ikinci buraxılışı. Pedaqoji məktəbin ilk buraxılışı. – Müəllimin fikrinə görə, bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazımdır. S.Rəhimov.
3. Məktəbi bitirmək münasibəti ilə təşkil edilən, buraxılışla əlaqədar olan (imtahan, müsamirə və s.). Təntənəli buraxılış müsamirəsindən çıxanda .. Nəriman ədibin sevincini duyur və fərəhlənirdi. Mir Cəlal.
4. Bir əsərin ayrıca çap olunmuş hissəsi. Lüğətin birinci buraxılışında “A” hərfi gedəcəkdir.


Son arananlar: