turklehceleri.org

biçmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

biçmək

f.
1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. – Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani. // məc. Götürmək, əldə etmək mənasında. Nə əkərsən, onu biçərsən. (Məsəl). Çün hər nə kim əkərsən, anı biçərsən, axır. Nəsimi.
2. Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək. // Ümumiyyətlə, kəsmək. Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkaraşkar. B.Vahabzadə.
3. məc. Qırxmaq. Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov.
4. məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir). [Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. M.Hüseyn.
5. Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazını biçmək, divan biçmək və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

biçmək

I. kəsmək
{kesmek}

II. qırxmaq
{kırkmak}

III. qırmaq, öldürmək
{kırmak, öldürmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

biçmək

biçmek


Son arananlar: