turklehceleri.org

barıt

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

barıt

is. Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi. ‣ Barıt qoxusu gəlir məc. – müharibə gözlənilir. Barıt kimi açılmaq (partlamaq) – dərhal hirslənmək, özündən çıxmaq, qışqırmaq, bağırmaq. Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı. M.S.Ordubadi. [Pirqulu:] Əşi, nə oldu sənə, yenə barıt kimi partladın? C.Cabbarlı. Aslan birdən barıt kimi açıldı. S.Rəhimov. Barıtı quru saxlamaq məc. – müharibəyə, müdafiəyə həmişə hazır olmaq. Biratımlıq barıtı varmış – hünəri, bacarığı çatmayan, tez coşub tez də soyuyan, yaxud hirsi, acığı tez soyuyan, tez yumşalan adam haqqında. Burnuna barıt iyi dəyməmiş – təcrübəsiz; müharibə, döyüş görməmiş adam haqqında.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

barıt

barut


Son arananlar: