turklehceleri.org

ağlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ağlamaq

f. 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır. – Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər bu çeşmi-xunfəşan sənsiz. S.Ə.Şirvani. Firidun onun [Şəmsiyyənin] ağladığını və ya güldüyünü təyin edə bilmirdi. M.İbrahimov. Ağca ağlaya-ağlaya (z.) onun [ərinin] dalınca gələrək, yuxusunu nağıl edib dedi.. Ə.Əbülhəsən. • Acı-acı ağlamaq – yanıqlı-yanıqlı ağlamaq.
2. məc. Yas tutmaq, matəm saxlamaq. [Mirzə Fətəli:] Ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun! Ə.Haqverdiyev.
3. məc. Həyatından, yaşayışından, vəziyyətindən şikayətlənmək.
4. məc. Yalvarmaq, yalvara-yalvara istəmək. • Ağlayıb-sızlamaq (sıtqamaq) – ağlayıb yalvarmaq, yalvarıb-yaxarmaq, ürəkdən ağlayıb yalvarmaq.
5. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: gününə ağlamaq, qan ağlamaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ağlamaq

I. yaslanmaq, matəmlənmək
{yaslanmak, hüzünlenmek}

II. şikayətlənmək
{şikâyet etmek}

III. yalvarmaq
{yalvarmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ağlamaq

ağlamak


Son arananlar: