asudə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
asudə
sif. və zərf [fars.]
1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq. – Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. Asudə olmaq – rahat olmaq. ..Darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Ə.Haqverdiyev.
2. Bikar, işi olmama. [Səttar bəy:] Bu gün bazar günüdür, bilirəm asudəsən. N.Vəzirov.
3. Təhlükəsiz, azad, sərbəst, nəzarətsiz. Ayı özünü asudə görüb, bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. S.S.Axundov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
asudə
I. rahat, dinc, arxayın
{rahat, huzurlu, kaygısız}
II. bikar
{işsiz}
III. təhlükəsiz, azad, sərbəst, nəzaretsiz
{tehlikesiz, bağımsız, serbest, denetimsiz}