turklehceleri.org

acıqlı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

acıqlı

sif.
1. Hirsli, hiddətli, qəzəbli. Acıqlı adam. Acıqlı nəzər. Acıqlı söz. Acıqlı cavab. – Acıqlı başda ağıl olmaz. (Ata. sözü). // Zərf mənasında. Acıqlı baxmaq. Acıqlı cavab vermək. Acıqlı danışmaq. – Səlim bəzən kəskin və acıqlı, bəzən həyasız bir tonla cavab verirdi. M.İbrahimov. Ata-anası onun [Sitarənin] sözünü kəsib acıqlı deyirdilər: – Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun. Çəmənzəminli.
2. məc. Şiddətli, coşqun, dəhşətli və s. mənalarda. Acıqlı dəniz. Acıqlı külək. acıqlı-acıqlı zərf Acıqlı halda, hirslihirsli. Mexanik acıqlı-acıqlı [fəhlələrə] baxaraq, həyət qapısından çıxıb .. getdi. H.Nəzərli. Qoca acıqlı-acıqlı ona [Surxaya] baxdı. M.İbrahimov. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

acıqlı

I. hirsli, hiddətli, qəzəbli
{sinirli, hiddetli, asabî}

II. şiddətli, çoşğun, dəhşətli, qorxunc
{şiddetli, coşkun, ürkütücü, korkunç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

acıqlı

kızgın, müthiş, öfkeci, öfkeli, sinirli


Son arananlar: