turklehceleri.org

Kömək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kömək

is.
1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım. Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı). Bir səs dedi: – Ey qafil; Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. [Yaralı] canını dişinə tutub durmaq, şəfqət bacısının köməyi ilə arxaya getmək istədi. Ə.Vəliyev. • Kömək diləmək (istəmək) – başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq. Atasından kömək diləmək. – [Rüstəm:] Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. C.Cabbarlı. [Gülyazın] gözü qabağında kömək diləyən məsum bir körpənin siması gəlib durdu. Q.İlkin. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb tappıltı ilə yanına düşdü. İ.Hüseynov. Kömək etmək (eləmək) – yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək. – [Şah:] Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. Ü.Hacıbəyov. Kömək görmək – başqasının köməyi dəymək, yardımı olmaq. [Bəhram:] Səndən ki, görmədim kömək; Özüm həll eləyəm gərək! A.Şaiq. Köməyi dəymək (çatmaq) – bax. kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq. – [Məmmədağa:] Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun [Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov. Uşaqlar kiçik olduqlarından bir o qədər köməkləri çatmırdı. S.S.Axundov. Köməyi olmaq – 1) bax. köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”; 2) bir şey edə bilmək, təsiri olmaq. [Əcəb xala:] Gəlsə də nə kimi bir köməyi ola biləcəkdi. S.Hüseyn. Köməyinə çatmaq (qoşmaq, yetişmək) – darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq. – Daldakı kazaklar yüyürüşüb, zabitin köməyinə çatdılar. M.Hüseyn. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb özü mənim köməyimə yetişər.. M.Rzaquluzadə.
2. O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri. [Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz verdi. H.Nəzərli.
3. məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir. – Lap becadı bu sözləri deməyim; Dağılıbdı arxam, ölüb köməyim. Aşıq Ələsgər. • Kömək olmaq (çıxmaq) – birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq. – [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə, sən [Sonaya] kömək ol. C.Cabbarlı. O, yoldaşına kömək çıxaraq, bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kömək

yardım
{yardım}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kömək

torpil, yardım


Son arananlar: