turklehceleri.org

Kor

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

kor

1. и. утлы күмер. 2. с. күч. кызыл

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

kor

Türkiye Türkçesi: kor
Azerbaycan Türkçesi: gor
Başkurt Türkçesi: kümir kuⱬ
Kazak Türkçesi: şok
Kırgız Türkçesi: kor çok
Özbek Türkçesi: kor
Tatar Türkçesi: kümir kuz
Türkmen Türkçesi: gōr
Uygur Türkçesi: çoğ
Rusça: gor'aşçiye uglu jar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kor

sif.
1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. Kor uşaq. Kor qoca. – Kor quşun yuvası öz-özünə düzələr. (Ata. sözü). Kor rəssam əlini oğlunun başına çəkərək gülümsədi. İ.Əfəndiyev. • Kor etmək (eləmək) – gözlərini çıxartdırmaq. [Alı kişi:] bir paşanın sözü ilə məni kor elədin. “Koroğlu”. Bir parasın Şah İsmayıl özü kor edibdir, bir parasın Şah Abbas özü, .. onlar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. M.F.Axundzadə. Kor olmaq – görmək qabiliyyətini itirmək. Bir azdan sonra Hacının bir gözü kor oldu. Ə.Haqverdiyev. [Qurbanqulunun] əvvələn, bir gözü çiçəkdən kor olmuşdu, ikinci də, burnu qəribə iri idi... T.Ş.Simurq.
2. is. Kor adam. Korlar məktəbi. Korlar üçün əlifba. – Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. Dilənçilərin duaları, korların sızıltısı .. deyirdi ki, imperatorun konsulxanası açıqdır. M.S.Ordubadi. [Mehriban:] ..Korlar işığı, gözəlliyi necə duyurlarsa, mən də məhəbbəti eləcə hiss edirəm. İ.Əfəndiyev. // Zəif görən, gözü pis görən.
3. məc. Ətrafdakı hadisələri, işləri görməyən, dərk etməyən, başa düşməyən, hiss etməyən. [Cahan:] Bəs mənim gözlərim kordur?! Ü.Hacıbəyov. [Əbdül:] Mənim gözüm kor deyil. Ə.Haqverdiyev. [Südabə:] Gözəlliyə qarşı kordur gözlərin. H.Cavid. // məc. Küt, qanmaz, anlamaz, cahil. [Elxan:] Saxlan oyunlar oyuncağı, tapdanmış qul! Hədəfsiz kor kütlə! C.Cabbarlı. Savadsız, elmsiz insan kordur. M.İbrahimov.
4. məc. Qatı, kəsif, bərk. Getdikcə ətraf dərələr kor dumanla doldu. S.Rəhimov. [Xan:] Bu kor qaranlıqda bu azğın seli keçmək olmayacaq, gərək dan ağarmasını gözləyək. M.Rzaquluzadə. // məc. Aydın olmayan, bəlli olmayan, yaxşı seçilməyən; zəif. Kor işıq.
5. Qoşulduğu sözlərə pislik, məşumluq məfhumu verir: Kor tale. Kor qüvvələr. – Axı bunlar nədir ki, əlində kor fələyin; Kaş çiçəyi olaydın, eyvandakı dibçəyin. B.Vahabzadə.
6. məc. Çıxış yolu olmayan, ardı kəsik olan. Kor xətt. Kor küçə. • Kor çay coğr. – heç bir hövzəyə tökülməyib yarıda quruyan çay. // Pəncərəsi olmayan, pəncərəsiz. Evin kor divarı.
7. Qaranlıqda, dumanlı havada yalnız cihazların köməyi ilə icra edilən. Kor uçuş. Təyyarənin kor enişi. ‣ Kor bağırsaq anat. – yoğun bağırsağın, soxulcanvari çıxıntısı olan hissəsi. Kor qalmaq – cəhalətdə qalmaq, maarif işığından məhrum olmaq, dünyadan xəbərsiz olmaq. [Rüstəm:] Mən kor qaldım, savadsız oldum. S.Rəhimov. Kor qoymaq – 1) dağıtmaq, xaraba qoymaq, heçə çıxarmaq, puç etmək. [Aslan bəy:] Sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun. A.Şaiq. [Qızıl Arslan:] Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. M.S.Ordubadi; 2) məc. cəhalətdə saxlamaq, gözünü bağlı qoymaq, maarif işığından məhrum etmək. Köhnə zamanın üzü qara olsun, yaxşıca kor qoydu babanı. Mir Cəlal. Kor quruş (qəpik) – bir qəpik də olsa. [Pərzad] həm Əlidən oldu, həm də Vəlidən: kəbindən bir kor quruş gəlmədi. Mir Cəlal. Kor düyün – 1) açılması çətin olan düyün; 2) məc. həlli çətin olan məsələ. Kor etmək – heç etmək, yox etmək, puça çıxarmaq. Sözüm bəyənilib, işim saz olub; Sən Allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər. Kor ilan zool. – cücülərlə bəslənən ilanabənzər sürünən heyvan. Kor yapalaq – 1) bayquş; 2) məc. məşumluq, nəhslik simvolu kimi işlənir. Gözünün üstündə Buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun. Bu olan iş deyil, o kor yapalaq; Məni pəncəsindən buraxmaz ki, sağ. M.Rahim. Kor olmaq – gözü tutulmaq, suyu kəsilmək. Bulağın gözü kor olubdur. Kor olsun! – qarğış, nifrət məqamında işlənir. Dam üstədir damımız; Qoşadır eyvanımız; Sən ordan bax, mən burdan; Kor olsun düşmanımız. (Mahnı). [Pəri:] Laçınım, kor olsun Pərin, mən sənin başına bəla gətirdim. Ə.Məmmədxanlı. Kor öküz kimi – heç bir iş görməyən, fəaliyyətsiz. [Bayraməli bəy:] ..Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan elə də kor öküz kimi yat.. N.Vəzirov. Kor siçan zool. – yer altında yaşayan gəmirici; köstəbək. Kor tutduğun(u) buraxmaz – tərs, inadkar, yekəbaş adam haqqında. Kor höcət – tərs, inadcıl, höcət adam haqqında. Heç kəsi bəyənmir, özü də ki, kor höcətin lap böyüyüdür. M.Süleymanov. Kor çiban – başı olmayan, gözsüz çiban. Kor şeytan – guya insanlara pislik gətirən mövhumi qüvvə... Şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb. C.Məmmədquluzadə. Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal. Kor şeytan deyir ki..., kor şeytan nə deyir... – bax. dəli şeytan deyir... (“dəli”də). Yurdu kor olmaq (qalmaq) – öləndən sonra nəsli qalmamaq, yurduna sahib duran övladı qalmamaq. [Şiraslan] Əmiraslan babasına hiss etdirmək istəyirdi ki, onun yurdu kor deyildir. S.Rəhimov. [Hacı:] Mən elə-belə adam deyiləm ki, yurdum kor qalsın, sabah başımı yerə qoyandan sonra var-dövlətimin başına qarğa-quzğun yığışsın. Mir Cəlal. Lənət sənə, kor şeytan! – bax. lənət.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kor

kör

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

ko'r

blind. siyosiy ~ politically blind.

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

kor

(Persian) work, business; need, benefit; solution. ~i xayr worthy doings. ~i bad bad doings. ~ qil- to affect, to have an effect.

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

kor

I, 1. sıcak kül, içinde ateşli kömür parçaları bulunan kül: 2. ihtiyat sermaye, fond; toyıurt koni: yem ihtiyadı.


II. f. hor, hakir görülmüş, kendisine küçümsiyerek bakılan şahıs veya nesne; kor kıl-: tahlil ve tezlil etmek; kor kör-: küçümsiyerek, hor görerek muamele etmek.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

kor

Kör. Kor bolmaq – Kör olmak. Kor qilmaq – Kör etmek.

Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)

kor

~ bolmak: feda olmak, kurban olmak, ~ bolayım balam saña: kurban olayım yavrum sana, ol saña kor bolsun: o sana kurban olsun, kurman bolup ~ bolup alğanma: kurban olanak, fedakârlıkta bulunarak aldım.

Dîvânü Lugâti’t-Türk Dizini (TDK)

kor

ziyan , III, 122

yoğurt mayası· III, 122


Son arananlar: