turklehceleri.org

Hesab

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hesab

is. [ər.]
1. Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi; say, miqdar. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi.. M.F.Axundzadə. Qulaq asanların hesabı artdı. Ə.Haqverdiyev. • Hesab etmək (eləmək) – saymaq, hesablamaq. Fabrikin gəlirini hesab etmək. Gəlir və çıxarını hesab etmək. – Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S.M.Qənizadə. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. // Hesablama, sayma, hesab etmə. Bir sıra alimlərin apardığı hesaba görə Yer kürəsinin tərkibində olan tək uran və torinin atom enerjisi neft və daş kömür ehtiyatının enerjisindən 20 dəfə çoxdur. A.Qarayev.
2. Riyaziyyatın, rəqəmlərin sadə xüsusiyyətlərini və onlarla həll olunan əməliyyatı öyrənən bəhsi. Hesab dərsi. Hesabdan “5” almaq. – Lalə yalnız Şirmayının məktəb işlərinə qarışardı, vaxtı olanda dərslərini xəbər alar, hesab məsələlərinin həllinə kömək edirdi. M.Hüseyn.
3. Borc, verəcək. [Hafizə xanım:] Rəhim kişi, hesabın hamısını gətiribsənmi? Ə.Haqverdiyev.
4. müh. Maliyyə əməliyyatı və ya hər hansı idarənin, müəssisənin maliyyə əməliyyatının mühasibat uçotu üçün əsas olan sənədlər. İdarənin hesab nömrəsi.
5. Hesabla şəklində zərf – ehtimal ki, güman ki, ola bilər ki. Hesabla bu gün gəlməlidir. – Hesabla [Tapdıq] hospitalda bir az da yatmalı idi. Ə.Əbülhəsən.
6. Hesabına şəklində zərf – vəsaiti ilə, pulu ilə. Öz hesabına ezamiyyətə getmək. Fikirləşir bir qədər; Bu gün hara gedəcək; Yaxud kimin hesabına; Harda nahar edəcək? Z.Xəlil. ‣ Hesab aparmaq – nəticə çıxarmaq, başa düşmək. Hər kəs öz hesabını aparsın. Hesab çəkmək – 1) haqq-hesab etmək, gəliri və xərci hesablamaq; hesablaşmaq. [Mozalanbəy:] Bala seyidi çağırıb hesab çəkdim. Ə.Haqverdiyev. Hacı Nəsir ayrı bir şəhərdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov; 2) sayğacda hesablamaq, çötkəyə vurmaq. Qorxmaz içəri girəndə Saleh stolun dalında oturub hesab çəkirdi. Ə.Vəliyev. Hesab etmək (eləmək) məc. – 1) fikirləşmək, təsəvvür etmək, təsəvvürünə gətirmək, güman etmək, zənn etmək. [Xortdan:] Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir. Ə.Haqverdiyev. Şəfiqə əvvəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir. İ.Musabəyov; 2) saymaq, bilmək. [Əhməd:] İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın.. N.Vəzirov. İndiyə kimi Bəhramı bakılı hesab edən müəllim tamamilə çaşdı. Ə.Vəliyev. Hesab olunmaq – sayılmaq, bilinmək. [Yaşlı kişi:] Məhəlləmizin ruhanisi Molla Hüseyn, axundun ən sadiq bir müridi hesab olunar, cənnət və cəhənnəm haqqında təlqinatına ürəklə inanardım. S.Hüseyn. Hesaba almadan – fikir vermədən, saymadan, sayğı göstərmədən. Armudboğaz oğlan bərbəzəkli xanım müştəriləri hesaba almadan daha yağlı müştəri saydığı “generalla” əyləndi. S.Rəhimov. [Muxtar:] Danışacağam, ancaq kimin xoşuna, ya bədinə gəldiyini hesaba almadan danışacağam. Mir Cəlal. Hesaba almaq – nəzərdən qaçırmamaq, nəzərə almaq, hesablamaq. Kollektivin rəyini hesaba almaq lazımdır. Hesaba almamaq – saymamaq, fikir verməmək, nəzərə almamaq, vecinə almamaq. Zərrintac xanım kol ətəyindən gələn əsil-nəsəbsiz Ələmdarı heç adam cərgəsinə qoyub, onun var-yoxluğunu belə hesaba almırdı. S.Rəhimov. Hesaba almazdın mənimtək sən də; Özgə danlağını, yad tənəsini. B.Vahabzadə. Hesaba vurmaq – hesablamaq, haqq-hesab etmək. Biz hesaba vurduq, gəlib oktyabr ayının sonu çıxdı. S.S.Axundov. Hesabı açmaq – futbol, voleybol, güləşmə və b. idman yarışlarında birinci xalı qazanmaq. İlk dəqiqədə [hücumçu] rəqiblərin qapısından bir top keçirərək, hesabı açmağa müvəffəq olmuşdur. Hesabı çürütmək – 1) çatası pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq, hesablaşmaq; 2) mübahisəli, davalı məsələni həll etmək. [Nəbi:] Hesabı çürüdək, bu son görüşdür. S.Rüstəm. Hesabı düz çıxmamaq – arzusu, istəyi həyata keçməmək, istədiyi olmamaq, təxmini düz çıxmamaq. Hesabı itirmək – hesablayarkən, sayarkən səhv etmək; miqdarını, sayını yaddan çıxarmaq, hesabı dolaşdırmaq. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov. Hesabı var – çoxluq, saysızlıq bildirir. [Xırdaxanım:] Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. N.Vəzirov. Hesabı yoxdur – bax. hesabı var. Ovçu əlində oxdur; Oxun hesabı yoxdur; Dost çox olsa nə eybi; Bir düşmən yenə çoxdur. (Bayatı). Hesabıma (hesabına) görə – məncə (səncə), mənə (sənə) görə, mənim (sənin) fikrimcə (fikrincə). Rüstəm kişinin hesabına görə, bu il yaz da mülayim və yağıntılı olmalı idi. M.İbrahimov. Hesabına getmək – hesablamaq, saymaq, miqdarını müəyyənləşdirmək. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Hesabını aparmaq – başa düşmək, duymaq, nəticə çıxarmaq. Molla Tanrıverdinin rəngi üzündən qaçıb ağappaq gəc kimi ağardı, həmin saat hesabını apardı. E.Sultanov. Hesabını başa düşmək – bax. hesabını aparmaq. [Vahid:] ..[Anam] məni yanakı süzəndə hesabımı başa düşərdim. B.Bayramov. Hesabını çəkmək – hesablamaq, hesab etmək, saymaq. [Kibernetika maşınları] Çəkir hesabını da; Minlərin, milyonların. B.Vahabzadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hesab

hesap


Son arananlar: