nihan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nihan
sif. [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm.. X.Natəvan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. • Nihan etmək (eyləmək) – gizlətmək, gizli saxlamaq, üstünü örtüb gizləmək. ..Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri! M.P.Vaqif. Nihan olmaq – gizlənmək, itmək, görünməz olmaq. Cəmalın gözümdən nihan olalı; İstərəm baxmayım dünyayə, Pəri! M.P.Vaqif. Günəşin axırıncı zərrələri; Üfüqün arxasında oldu nihan. C.Cabbarlı. Nihan saxlamaq (tutmaq) – gizli saxlamaq, məxfi saxlamaq, gizlətmək, heç kəsə bildirməmək. Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün. M.Ə.Sabir.