turklehceleri.org

kündə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kündə

I. is.
1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq. – Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl). Gülsənəm son kündəni də .. sacın üstünə sərdi. S.Rəhimov. Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn.
2. məc. Qalın, kobud, kələ-kötür. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. // Sif. mənasında. Kündə əl. Kündə ayaq.

II. is. [fars.] Keçmişdə: qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey. Mən aşiqəm tey yara; Canım aldı tey yara; Boynum kündədə olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub zindana salsınlar. “Koroğlu”. Həcərin ayağına qandal, boynuna kündə vurdular. “Qaçaq Nəbi”.


Son arananlar: