duru
Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)
duru
[Köken: Yerel] Müldür, Duru
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
duru
с. 1) чиста; duru su чиста су; duru beyaz tenli чиста ак тәнле; 2) күч. саф (тел, ысул һ. б. тур.)
Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)
duru
1. Berrak
2. Berrak
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
duru
Türkiye Türkçesi: duru
Azerbaycan Türkçesi: duru
Başkurt Türkçesi: tonok
Kazak Türkçesi: tunık möldir
Kırgız Türkçesi: tunuk
Özbek Türkçesi: tıniḳ sàf àçıḳ
Tatar Türkçesi: tonık
Türkmen Türkçesi: durı
Uygur Türkçesi: taza süzük
Rusça: çistıy prozraçnıy yasnıy
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
duru
sif.
1. Maye halında olan, su kimi axıcı, sıyıq. Duru yanacaq. Duru palçıq. Duru xörək. // Həddindən artıq sıyıq olan, suyu çox olan, sulu. Duru qatıq. Duru dovğa.
2. Saf, təmiz, şəffaf, aydın. Vətənimin göyləri göllərindən durudur; Qoynunda səadətin sarayları qurulur. R.Rza. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinləndim. İ.Əfəndiyev. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal. // Məc. mənada. [Uluq bəy:] ..Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq. [Zeynal:] Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. C.Cabbarlı. ..Qız eyni duru və riyasız gözlərini ani olaraq [Xavərin] gözlərinə dikdi və tez çəkdi. M.İbrahimov. // Açıq. Hava gözəl olduğundan, Gülzarın yanaqları daha da xoşrəng olub, duru al bir rəng almışdı. C.Cabbarlı.
3. məc. Əsil, xalis, təmiz, xərc və zərər çıxılandan sonra qalan. Duru qazanc.
4. “Durusundan” şəklində dan. – ən yaxşısından, ən yaxşı yerindən, ən təmizindən. Düyünün durusundan 5 kilo çək. – Darğa Lələş .. xırman vaxtı durusundan, qırmızı zoğalından öz buğda bəhrəsini tək bircə dəninə qədər tamam-kamal alar(dı). S.Rəhimov. ‣ Duru yerindən – bax duru 4-cü mənada. Duruya çıxar(t)maq – təmizə çıxar(t)maq, safa çıxar(t)maq, bəraət qazandırmaq, doğrultmaq. Kəlbalı nə qədər çalışırdısa da, .. özünü duruya çıxara bilmirdi. S.Rəhimov. Kefi duru olmaq – bax kef.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
duru
I. sıyıt, maya
{sıvı, maya}
II. saf, təmiz, şəffaf, aydın
{saf, temiz, şeffaf, açık}
III. əsl, xalis, təmiz
{asıl, saf, temiz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
duru
duru, sıvı
Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)
duru
bk. dürü.