turklehceleri.org

ac

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ac

sif.
1. Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. – Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir. • Ac qarın – 1) ac, heç şey yeməmiş; 2) məc. lüt, yoxsul, yurdsuz-yuvasız mənasında. Ac qoymaq – 1) yemək verməmək, yeməksiz-içməksiz qoymaq; 2) məc. gəlir mənbəyini kəsmək. Ac qurd məc. – son dərəcə ac, doymaq bilməyən, acgöz, qarınqulu. Ac saxlamaq – pis saxlamaq, lazımınca (doyunca) yemək verməmək. Acından öldürmək – tamamilə ac saxlamaq, heç yemək verməmək. Acından ölmək – 1) son dərəcə yoxsulluq çəkmək, çox aclıq çəkmək nəticəsində ölmək; 2) məc. fövqəladə aclıq hiss etmək, yemək istəmək. // İs. mənasında. Acları yedirtmək. // Aclıq ifadə edən. Ac gözləri ilə ona baxdı.
2. məc. Son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Ac ölkə. Kəndlilərin çoxu ac idi.
3. məc. Tamahkar, həris, gözüdoymaz.
4. Quraqlıqdan susamış. Ac torpaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ac

I. qarnıboş
{karnı boş}

II. yoxsul, kasıb, fağır, möhtac
{yoksul, düşkün, fakir, muhtaç}

III. yalavac, yoxsul, dilənçi, yurdsuz, səfil
{fakir, yoksul, dilenci, yurtsuz, sefil}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ac


İngilizce—Türkçe Sözlük (FreeDict, 2017)

ac /ɐbɪsˈɪniən/

1. (kıs.) account.


Son arananlar: