Əsil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsil
is. [ər.]
1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür. // Mahiyyət, kök. İşin əsli budur.
2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. – Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. (Ata. sözü). Övlad nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm atalar. N.Rəfibəyli.
3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir // məc. Həqiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli yoxdur. – [Müəllim:] Sizin barənizdə yeni bir söz eşitmişəm. Amma bilmirəm, əsli var, ya yox. Ə.Vəliyev.
4. Surət, yaxud tərcümə olmayan, ilk halında olan yazı; orijinal. Surəti əslinə uyğundur. Məqalənin əsli. Məktubun əsli. // Sif. mənasında. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. M.S.Ordubadi.
5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mərəkə başlandı. • Əslinə baxsan (baxdıqda, qalanda) – əslində, həqiqətdə, həqiqətə gəldikdə. Əslinə baxsan, günah ondadır. // Həqiqətən, nə cür lazımsa, o cür, bir şeyin ən yaxşı nümunəsini, idealını təmsil edən, həqiqi. Əsil sənətkar. Əsil insan. Əsil şair. – [Nadir bəy:] Lakin yenə təkrar edirəm, məncə; Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. // Başlıca, əsas, ən mühüm. Əsil məsələ budur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir. – Tahir nə qədər fikirləşirdisə də, əsil mətləbini demək üçün münasib bir ifadə tapa bilmirdi. M.Hüseyn. // Həqiqətən, gerçəkdən. Əsil iş görən kənarda qalıb.
6. Nəsil, soy, nəsəb, mənşə. Əslin qarabağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən var, nə gələn; Deyən, yollar bağlıdır? (Bayatı). Mən də öyrəndim ki, [qızın] əsli mərdəkanlıdır. S.Hüseyn. Bir gün dedim: – Gözəlim; Sənin əslin haralı? Ə.Cavad.
7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək.
8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça. – Xonçada olar .. üç pud qənd, bir pud şirni və bir ədəd əsil tirmə şal. R.Əfəndiyev.
9. Məhz, həmin, lap. [Qasım:] Əsil bu paltarda oynamaq lazımdır. S.Rəhman.
10. Əslində şəklində – 1) kökündə, bünövrəsində; 2) ibtidada, başlanğıcda, lap əvvəlində. Əslində o, dərzi olmuşdur. Əslində o, xanəndə idi; 3) həqiqətdə, əslinə baxılarsa. Əslində o da bu fikirdə idi. – Əslində anası onlara çox az-az görünər. S.Rüstəm. Əslində isə rəisin hirsi soyumadı. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsil
I. nəsil, soy, nəsəb, mənşə
{nesil, soy, nesep, menşe}
II. əsilli, nəcabətli, nəsilli
{asıllı, cömert, nesilli}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsil
asıl