turklehceleri.org

ölçü-biçi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ölçü-biçi

bax. ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. S.Rəhimov. ‣ Ölçü-biçi bilməmək – 1) nə etdiyini, nə dediyini bilməmək, hədd-hüdud bilməmək, həddini aşmaq. Hərəkətlərində ölçü-biçi bilməmək. – Bilməyir heç bu ağız ölçü-biçi; Hey ötür, sanki sınıb bəndi, piçi. Ə.Nəzmi; 2) ölçüyə gəlməmək, ölçüsü olmamaq, həddihüdudu olmamaq. İnsan xəyalının ölçü-biçi bilməyən sürəti [Həcəri] götürdü. S.Rəhimov.


Last searches: